Bu həftə Masallıda bir sıra idman tədbirləri keçiriləcək.

 

Rekord.az rayonun gənclər və idman idarəsinin hazırladığı proqramı sizə təqdim edir:

 

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi - 13-14 aprel, saat 10:00 (Masallı Regional Boks Mərkəzi);

- Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi - 15 aprel, saat 11:00 (Bədəlan kənd tam orta məktəbi);

- Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi - 16 aprel, saat 10:00 (Miyənkü kənd tam orta məktəb).