Mayami qran-prisinin qalibi bəlli oldu
- 06 May 2024 14:20
- 930
“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsinin – Mayami qran-prisinin qalibi olub.
Rekord.az xəbər verir ki, finiş xəttini ikinci “Red Bull”dan niderlandlı Maks Ferstappen keçib. Üçüncü yeri “Ferrari”nin monakolu pilotu Şarl Lekler tutub.
Norris karyerasında ilk dəfə mərhələ qalibi olub. Əvvəllər britaniyalı ikinci yerdən yuxarı qalxmamışdı.
Ferstappen 136 xalla liderliyini qoruyub. İkinci yeri onun komanda yoldaşı, meksikalı Serxio Peres (101) tutur. Lekler 98 xalla üçüncüdür.
Mühəndislər Kubokunda “Red Bull” (237) liderliyi qoruyursa, “Ferrari” (189) ikinci, “Maklaren” (124) üçüncü pillədə qərarlaşıb.