“Maynts”ın futbolçusu Super Liqa klubunda
- 29 Yan 2020 13:43
- 838
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa klubu Almaniyanın “Maynts” komandasından Aleksandru Maksimi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı rumıniyalı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Rumıniya yığmasının da üzvü olan Maksim, “Maynts”da 2017-ci ildən çıxış edir. O, daha öncə “Espanyol”, “Badalona”, “Panduri”, “Ştutqart” klublarında da forma geyinib.