Mbappe işi bağlandı
- 17:20
- 37
Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin təcavüz və cinsi zorakılıq şübhəsi ilə bağlı istintaq bağlanıb.
Rekord.az xəbər verir ki, bu barədə AFP İsveç Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun ittiham olunduğu işin bağlanmasına səbəb dəlil tapılmaması olub.
Mbappe millinin oyunları ilə əlaqədar fasilə zamanı Stokholmdakı gecə klubunda olduğu vaxt ciddi qalmaqalla üzləşmişdi. Onun 2024-cü il oktyabrın 10-da bir qıza təcavüz etdiyi iddia olunurdu.
Mbappe cari mövsümdə 22 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.