PSJ Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Brügge”yə qalib gəlib.

Rekord.az xəbər verir ki, Paris klubunun qollarını Kilian Mbappe ilə Lionel Messi vurub.

Onlar hərəyə iki dəfə fərqləniblər. PSJ penalti qazanarkən isə Mbappe cərimə zərbəsini Leonun vurmasına şərait yaradıb. Hücumçu bu addımını belə izah edib:

“Mən komandaya kömək edirəm. “Burada kim əsasdır” düşüncəsi mənim prinsipim ola bilməz. Niyə penaltini vurmağı Messiyə həvalə etdim?

Ona görə ki, o, bizə lazımdır. Özü də bütün mövsüm boyu. Ona da əminəm ki, Leo ən həlledici məqamlarda özünü göstərəcək. Amma bunun üçün onda özünəinam da formalaşmalıdır.

O, komandanın bu inamını artıqlaması ilə qaytaracaq. Bu qarşılaşmada dubl etməsi isə özünəinam hissini də xeyli artıracaq. Bu da PSJ-yə gələcəkdə böyük xeyir verəcək”.