PSJ-nin futbolçusu Kilyan Mbappe məşhurluğun ona yaratdığı problemlərdən danışıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu tanındığı üçün hamı kimi rahat gəzə bilmədiyini deyib:

"Çölə çıxan kimi izdiham baş verir. İndi marketə də gedə bilmirəm. Pendir almağı unutmuşamsa, mağazaya qayıda bilmərəm. İndi hamı kimi rahat ola bilmirəm. Məsələn, gəzməyə, dondurma yeməyə çıxıram. Amma dondurmanı yeməyə vaxtım olmur. Çünki o dəqiqə ətrafıma 500 nəfər insan toplaşır. Mən özüm belə həyat istəyirdim. Vəziyyəti qəbul edirəm".