Futbol üzrə Çili yığmasının və İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Qari Medelin zədələndiyini xəbər vermişdik.

Rekord.az xəbər verir ki, artıq 32 yaşlı futbolçunun vəziyyətinə aydınlıq gəlib.

Çili yığmasının Kolumbiya ilə yoxlama oyununda sıradan çıxan yarımmüdafiəçinin azı 1 ay istirahət edəcəyi müəyyənləşib. 

Xatırladaq ki, 0:0 hesabıyla başa çatan sözügedən qarşılaşmada Çili yığmasının digər üzvü, Milan “İnter”inin hücumçusu Aleksis Sançes də zədələnmişdi və onun da 3 ay oynamayacağı bildirilir.