Mədət Quliyev idmançıların hazırlığındakı nöqsanlarla bağlı tapşırıq verib
- 28 Dek 2021 20:41
- 560
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev idmançıların hazırlıq prosesindəki nöqsan və çatışmazlıqlardan danışıb.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mədət Quliyevin sədrliyi ilə keçirilmiş müşavirədə nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlar verilib.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Olimpiya Velosiped Məktəbi, Respublika Velotrekinin rəhbərliyi, həmçinin məşqçilər iştirak ediblər.