"Mehdi Hüseynzadə" qazsız qaldı
- 2024-09-18 14:00
- 173
"Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda problem bitmir.
Rekord.az xəbər verir ki, arena hələ də heç bir qurumun balansında olmadığı üçün ortalıqda qalıb.
Stadionun komunal borcları 100 min manatı keçib. Aldığımız son məlumat isə budur ki, "Azəriqaz" bir müddətdir ki, stadiona verilən qaz təhcizatını dayandırıb. Bu isə o deməkdir ki, oyun olacağı təqdirdə komandaların futbolçuları yuyunmaq imkanından məhrum olacaq Çünki qaz olmadığı üçün isti su da olmayacaq.