Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda söküntü işləri başa çatıb və hazırda tikinti işlərinə start verilib.

Rekord.az xəbər verir ki, hazırda əsas meydançanın drenaj sistemi qurulur.

Sifariş verilən borular da əraziyə gətirilib. Paralel olaraq yeni tribunaların da bərkitmə işlərinə başlanılıb.