
Məhəmməd Abdullayev İBA PRO Çempionlar Gecəsində döyüşəcək
- 20:20
- 33
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.
Rekord.az xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.
Görüş 6 raund davam edəcək.
Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.
Ufada ümumilikdə 7 döyüş keçiriləcək.