Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik etdi
- 2024-09-07 15:00
- 99
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
Rekord.az paylaşımı təqdim edir:
“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!".