"Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"
- 24 Dek 2022 12:21
- 364
"Mən Azərbaycan Gimnastika Federasiyasında böyümüşəm. Burada 19 il çalışmışam, mənim məktəbim olub. Bütün uğurlarım bu qurumla bağlıdır. Federasiya haqqında həm çox söz deyə bilərəm, həm də mənim üçün danışmaq çox çətindir".
Rekord.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AGF-in prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük uğurlar əldə olunub:
"20 il ərzində gimnastikanın necə populyarlaşdığını hamınız bilirsiniz. Altay Həsənova təşəkkür edirəm.
Uğurlarımızda onun da böyük əməyi olub. Ümumiyyətlə, federasiyanın bütün kollektivinə, məşqçilər heyətinə, gimnastika ailəsinə minnətdarlığımı bildirirəm".