Mələk Hüseynli Salonikidə medalsız qaldı
- 22 İyn 2024 23:05
- 549
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Mələk Hüseynli körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında +81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Mələk toplam 131 kq (56+75) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.