
Melo və Tuikə bir oyunluq cəza
- 16:15
- 45
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı” klubunun 12 nömrəli futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı” klubu 500 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubu tərəfindən ehtiyat skamyaya dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödəniləcək.