Məmmədov Polşada həftənin rəmzi komandasına düşdü
- 11 Noy 2024 17:20
- 77
“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Rekord.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi 15-ci turun “11-liy”inə seçilib. Məmmədovun komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
“Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.