Məmmədyarovdan beynəlxalq turnirdə daha 2 qələbə
- 17 Okt 2022 00:11
- 447
"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
Rekord.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib.
Onun bugünkü bütün rəqibləri Hindistan təmsilçiləri olublar. Günün ilk görüşündə 9-cu tur çərçivəsində Arjun Eriqaisiyə qalib gələn Azərbaycan qrossmeysteri ardınca Santoş Viditlə bərabərliyə razılaşıb. 11-ci turda Dommaraju Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.
4 oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edən, bir görüşdə isə uduzan Məmmədyarov 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.