“Məncə, bu gün görüşün baş hakimi zəif idi” – Ayxan Abbasov
- 29 Sen 2024 19:03
- 129
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”u qəbul edib.
Rekord.az xəbər verir ki, 2:2 hesabı ilə bitən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransını keçirilib. Abbasov oyunun gərgin keçəcəyini gözlədiklərini bildirib:
“Məncə, maraqlı, gərgin oyun oldu. Oyunun belə gərgin keçəcəyini bilirdik. Çünki rəqib də xal qazanmaq istəyirdi. Futbolçularımı təbrik edirəm, yaxşı çıxış etdilər. Son dəqiqələrdə qol buraxmaq oyunçulara bir az pis təsir edir. İlk 15 dəqiqədə qoldan sonra üstünlük rəqibə keçmişdi. Amma sonradan toparlanıb oyunumuzu qaydasına sala bildik.
Gənc komandayıq. Oyunçularım sanki oyunun sonlarında bir az tələsirdilər. Bu da təcrübə ilə bağlı olan haldır. Zaman-zaman yoluna düşəcək.
Bu gün bizim üçün meydanda rəqib fərq eləmir, “Zirə” olsun, “Qarabağ” olsun. Mən qazanmaq istəyirəm. Heç bir komandayla prinsipim yoxdur.
Hakim VAR-a baxıb penaltini verdi. Amma məncə, şübhəli qərar idi. Gənc hakimdir, çox istəyirəm. Amma istərdim ki, hakimlər də idarə etdikləri oyunları sonradan izləsinlər. Məncə, bu gün görüşün baş hakimi zəif idi, ondan xahiş edirəm ki, oyunu izləsin. Həddindən artıq sarı vərəqlər oldu”.