“Mənə məlum olmayan səbəblərdən ikinci hissəyə yaxşı başlamadıq”
- 06 Noy 2024 21:30
- 83
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış matçında “Araz-Naxçıvan”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin baş məşqçisi Rəşəd Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov olduqca vacib oyun olduğunu bildirib:
“Olduqca vacib oyun idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı başlamışdı. Üstün olan tərəf biz idik. Təəssüflər olsun ki, rəqibin müdafiə xəttini yara bilmədik.
Mənə məlum olmayan səbəblərdən ikinci hissəyə yaxşı başlamadıq. İkinci hissənin əvvəlini niyə passiv keçirdik? Mənə də bu aydın deyil. Ötən mövsüm standart vəziyyətlərdən az qol buraxırdıq. Hər həftənin bir gününü standart vəziyyətlərə ayırırıq. Amma bu il hələ ki, tez-tez cərimə zərbələrindən qollar buraxırıq. Səbəbini mən də bilmirəm. Araşdıracağıq”.