“Məqsədimiz Azərbaycan çempionu olmaqdır”
- 19 Noy 2024 18:22
- 78
“Cari mövsümdə əsas məqsədlərimiz pley-offa çıxmaq və çempion olmaqdır”.
Rekord.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasında geridə qalan üç turda komandanın çıxışını dəyərləndirərkən deyib.
O, ilk 3 matçda qələbə qazanamalı olduqlarını vurğulayıb: “Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik. İki görüşdə özümüz özümüzə uduzduq. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə gətirib çıxardı. Məşqlərimiz davam edir. Artıq xeyli müddətdir hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır. Meydanda öz gücümüzü göstərə bilsək, qələbələr qazanacağıq".
Basketbolçu NTD-yə keçidi haqqında da danışıb: "Mənim üçün böyük bir fürsət idi, ona görə də bu klubu seçdim. Cari mövsümdə əsas məqsədimiz pley-offa çıxmaq və çempion olmaqdır. Komanda şəklində bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq. Azərbaycan Basketbol Liqasında "4+1" limiti var. Ümumilikdə vəziyyət kifayət qədər yaxşıdır və düşünürəm ki, çempionat hər il daha da inkişaf edəcək”.
A qrupunda yer alan NTD geridə qalan 3 turda 1 qələbə qazanıb, 2 dəfə məğlub olub. Komanda hazırda 4 xalla qrupda dördüncüdür.