Mərkəzi oyunda heç-heçə
- 07 Dek 2024 19:40
- 133
Bu gün futzal üzrə Yüksək Liqada 2-ci dövrəyə start verilib.
Rekord.az xəbər verir ki, 6-cı turun açılış oyununda son çempion hazırkı liderlə üz-üzə gəlib.
Gərgin keçən matçda hesabı “Araz-Naxçıvan” açıb. Amma lider sonrakı dəqiqələrdə nominal meydan sahiblərini 2 dəfə meydanın mərkəzinə dəvət edib. Teymur Eyvazovun yetirmələri bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, növbəti dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Rayiç bunun bəhrəsini görüb və Covanni status-kvonu bərpa edib. Liderin xal itkisindən “Neftçi” İK faydalanıb. İlkin Hacıyevin drujinası debütantdan üstün olub. Turun son görüşündə isə 3 xalı U-19 bayram edib. İlqar Aslanovun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də “Yasamal Bakı”nı məğlub edib.
Araz-Naxçıvan – Baku Fire 2:2
Neftçi İK – Şuşa 4:0
Yasamal Bakı – U-19 3:6