“Mersedes”in rəhbəri Toto Volf maraqlı açıqlama verib.

Rekord.az xəbər verir ki, “Andretti”nin 2026-da dünya çempionatına mümkün gəlişi haqda danışıb:
 

“Andretti” tanınmış brenddi, bir çox başqa yarış seriyalarında rəqabətədavamlı olduğunu göstərib. Və bu komanda nəhəng avtomobil istehsalçısı ilə maliyyə-texniki yardım məsələsində anlaşıbsa, fantastik qərardı. Ancaq “Andretti” yalnız avtomobil markasının (“Kadillak”ı nəzərdə tutur – red.) loqotipini üzərində daşıyan özəl komanda olacaqsa, ciddi çətinliklə üzləşəcək. “Formula-1”də özəl komandaların uğur qazanmasına dair nümunələrin sayı çox deyil. Avtomobil istehsalçısından dəstək görməyən komandalar yalnız “Haas”la “Uilyams”dı. Mən yeni komandanın əleyhinə deyiləm, ancaq bu addım “Formula-1”ə nə verəcək? “Andretti” Amerika komandasıdısa, ona amerikalı pilot və qələbə uğrunda mübarizə aparmaq keyfiyyəyi lazımdı. Yalnız belədə yeni ideyadan hamı qazanacaq, “Formula-1” isə ABŞ-da daha da populyar olacaq”.