Məşhur baş məşqçi vəfat edib
- 26 Avq 2024 19:54
- 157
İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
“Roma”, “Fiorentina” (hər ikisi İtaliya), “Mançester Siti” (İngiltərə) klublarını, İngiltərə, Meksika millilərini çalışdırmış Sven-Yoran Eriksson bu ilin yanvarında mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini və ən yaxşı halda bir il ömrünün qaldığını açıqlamışdı.