Tanınmış qaydasız döyüşçü Konor Makqreqor İrlandiyanın Dublin şəhərində həbs edilib.

Rekord.az xəbər verir ki, UFC-nin superulduzu avtoxuliqanlıq səbəbindən dəmir barmaqlıqlar arasına düşüb.

İrlandiyalının 200 min avro dəyərindəki "Bentley Continental" avtomobili müsadirə olunub.

İdmançının mətbuat katibi Karen Kessler xəbəri təsdiq edib:
 

"Cənab Makqreqor idman zalına maşınla gedirdi və polis onu yol hərəkəti qaydalarını pozduğuna görə saxladı. O, narkotik və alkoqol testlərindən keçdi, sonra müvəqqəti təcridxanaya aparıldı. Məhkəməni gözləyirik".