Məşhur futbolçunun oğlunu milli komandaya buraxmadılar
- 19 Okt 2019 14:18
- 727
Əfsanəvi kamerunlu hücumçu Samuel Eto`Onun oğlu Etyeni milli komandaya buraxmayıblar.
Rekord.az xəbər verir ki, "Malyorka"nın gənclər komandasının üzvü Kamerun yığmasının heyətində Braziliyaya qarşı yoldaşlıq görüşündə meydana çıxsa da, ölkə prezidenti Pol Biyanın qərarı səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.
Dövlət başçısının hələ 2014-cü ildə verdiyi əmrə əsasən, ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında yalnız yerli çempionatda oynayan futbolçular forma geyinə bilərlər. Etyenlə yanaşı, Enso Çato ("Monpelye"), Aurel Tiki Joel ("Lion"), Yordan Konanqo ("Monako"), Dani Barel Fotso ("Roma") və Brian Cile Nokue ("Sent-Etyenn") də yığmadan kənarda qalıb.
U-17-lər arasında dünya çempionatı 26 oktyabr-17 noyabr tarixlərində Braziliyada təşkil olunacaq. E qrupunda mübarizə aparacaq Kamerunun rəqibləri İspaniya, Argentina və Tacikistan milliləri olacaq.