Məşhur narkobaron əfsanəvi qapıçını öldürtmək istəyib
- 14 Noy 2019 14:22
- 793
Kolumbiya millisinin sabiq yarımmüdafiəçisi Faustino Asprilya şok effekti yaradacaq açıqlama verib.
Rekord.az xəbər verir ki, 50 yaşlı veteran dünya şöhrətli paraqvaylı qapıçı Xose Luis Çilaverti ölümdən xilas etdiyini deyib.
Hadisə 1997-ci il aprelin 12-də Kolumbiya ilə Paraqvay arasında keçirilən "Fransa-98"in seçmə mərhələ oyunundan sonra qeydə alınıb. Kolumbiyalıların doğma meydanda 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanın 79-cu dəqiqəsində Asprilya ilə əfsanəvi qolkiper arasında insident yaşanıb və hər iki futbolçu meydandan qovulub.
"Görüş başa çatandan sonra hamının tanıdığı, məşhur həmyerlim - narkobaron Xulio Fierro mənə yaxınlaşıb Çilavertlə "haqq-hesab çürütməli" və onu "aradan götürməli" olduğumu dedi. Bunun üçün lazım olan "köməkliyi" göstərəcəyini bildirdi. Cavab verdim ki, nə danışırsan, dəli olmusan? Bu, sadəcə, oyun idi və meydanda baş verənlər elə meydanda da qaldı. Fierro məni yoldan çıxara bilmədi".