Xorvatiya futbolunun əfsanələrindən olan Miroslav Blajeviç vəfat edib.

Rekord.az xəbər verir ki, tanınmış mütəxəssis 88 yaşında ölüb. O, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Blajeviç Xorvatiya millisinin tarixinə ilk böyük uğurun memarı kimi düşüb. Onun komandası DÇ-1998-də bürünc medal qazanıb.

Mərhum mütəxəssis karyerası ərzində İsveçrə, İran, Bosniya və Herseqovina millilərini də çalışdırıb. Blajeviç məşqçilik karyerasını 2015-ci ildə, “Zadar”da başa vurub.