Məşqçilər Komitəsi fəaliyyətini dayandırıb?
- 20 Noy 2024 15:00
- 155
AFFA Məşqçilər Komitəsi hazırda faktiki olaraq, fəaliyyət göstərmir.
Rekord.az xəbər verir ki, AFFA-dakı rəhbər dəyişikliyindən sonra Vaqif Sadıqov, ümumiyyətlə, federasiyadan ayrılıb.
Şahin Diniyev "Səbail"ə baş məşqçi gedəndən sonra onsuz da bu komitədən ayrı düşmüşdü. Ağasəlim Mİrcavadov isə faktiki tək qalmışdı. Komitə demək olar ki, xeyli müddətdir nə bir araya gəlir, nə də hansısa təklif verir. Deyilənə görə, AFFA-nın yeni rəhbərliyi bu komitənin fəaliyyətinə xitam verib.