Messi ən azı 2 oyunu buraxacaq
- 17 İyl 2024 19:30
- 158
"İnter Mayami"nin futbolçusu Lionel Messi topuq bağındakı zədə səbəbindən komandanın ən azı iki matçını buraxacaq.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş məşqçisi Xerardo Martino bildirib.
“O, müayinə olunmalıdır. Artıq şəkillərə baxmaq imkanım olub. Vəziyyətin ciddiliyini müəyyən etmək üçün testlər keçirməyi planlaşdırırıq. Biz həmişə Argentina milli komandasının həkimindən məlumat alırıq. O, müayinənin nəticələrini almamışdan əvvəl çox diqqətlə diaqnoz qoyur”.
Xatırladaq ki, argentinalı futbolçu Amerika kubokunun finalında Kolumbiya ilə oyunda (1:0) zədələnib. Hücumçu matçın 66-cı dəqiqəsində əvəzlənib.