Messi həm ilkə imza atdı, həm də 3-cü oldu
- 09 Mar 2020 12:20
- 607
Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun "Real Sosyedad"la oyunu "Barselona”nın ulduz hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, "Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.
Penaltidən vurulan qolların sayında ikinci yeri 1981-1992-ci illərdə “Atletiko” və “Real”da, 1993/1994 mövsümündə isə “Real Sosedad”da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.
La Liqada bu göstərici üzrə lider Kristiano Ronaldodu. O, 61 penaltini dəqiq yerinə yetirib.
Messi “Real Sosyedad”la oyunda ilkə də imza atıb. Belə ki, o, bu oyunda sarı vərəqə almaqla karyerasında ilk dəfə ardıcıl üç qarşılaşmada belə aqibətlə üzləşib. O, bundan öncə “Napoli” və “Real”a qarşı keçirdikləri oyunlarda da “sarı” almışdı.