PSJ-nin hücumçusu Lionel Messi 2023-cü ilin yayında MLS-in "İnter Mayami" klubuna keçəcək. 

Rekord.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı futbolçu həm də klubun səhmdarlarından birinə çevriləcək və klubun səhmlərinin 35 faizini alacaq. Hücumçu gələn mövsümü isə  Paris klubunda keçirəcək.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm argentinalı futbolçu bütün yarışlarda 33 matçda 11 qol vurub və 13 qolun ötürməsini verib. Tərəflər arasında müqavilənin müddəti gələn mövsümün sonunda başa çatır. Paris klubuna qədər Messi təkcə  "Barselona"da oynayıb.

Xatırladaq ki, "İnter Mayami"nin hazırkı sahibi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemdir.