Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda növbəti qolunu vurub.


Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu MLS-in növbəti turunda, "Toronto" ilə matçda fərqlənib.


Təcrübəli forvard 45+5-ci dəqiqədə bərabərlik qoluna imza atıb.


Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "İnter Mayami" Şərq Konfransında 6 matçdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb. Bir oyun çox keçirən "Kolumbus"un 15 xalı var.