"Barselona"nın futbolçusu Lionel Messi karyerasında yalnız bir dəfə rəqibdən forma istəyib. 

Rekord.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçunun özü "TyC Sports"a açıqlamasında bildirib.

Argentinalı forvard həmin şəxsin hazırda "Real Madrid"in baş məşqçisi vəzifəsində çalışan Zinəddin Zidan olduğunu söyləyib: "Mən digər oyunçulardan futbolka istəmir, adətən, onlarla dəyişdirirəm. Amma bir dəfə Zidandan forma xahiş etmişəm.

Ümumiyyətlə, rəqib komandalarda argentinalı oynayırsa, onlarla formamı dəyişdirirəm. Kimsə məndən xahiş etməsə, özüm heç kimə belə bir istəklə yaxınlaşmıram".