Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmanın hücumçuları Lionel Messi və Serxio Aquero ilə bağlı açıqlama verib.

 

Rekord.az "goal.com"a istinadən xəbər verir ki, o, hər iki futbolçunun noyabrdan etibarən milliyə çağırılacaqlarını deyib: “Messi cəzalı olduğundan milliyə çağırılmır. Aquero isə bəzi problemləri olduğu üçün dəvət almır. O, klubu ilə də tam məşq edə bilmir. Gələn ay hər iki futbolçu mütləq heyətə qayıdacaq”.

 

Xatırladaq ki. Messi Argentina millisi Amerika kuboku-2019-da mübarizəni dayandırdıqdan sonra verdiyi açıqlamalara görə 3 ay müddətinə cəzalandırılmışdı.