
Messi qol vurdu, “İnter Mayami” qalib gəldi
- 30 Mar 2025 15:05
- 83
Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-in 6-cı turunda "Filadelfiya Yunion"u qəbul edib.
Rekord.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mayami təmsilçisinin qollarını Robert Teylor (33) və Lionel Messi (57) vurub.
"Filadelfiya Yunion"dan isə Daniel Qazdaq fərqlənib.
“İnter Mayami” qhazırda turnir cədvəlində 13 xalla liderdir. "Filadelfiya Yunion" isə 12 xalla 2-cidir.