
Messidən forma istəyən hakimə cəza
- 21 Fev 2025 14:40
- 78
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messidən forma istəyən hakim Marko Antonio Ortis Navanı cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə CONCACAF-ın mətbuat xidməti məlumat yayıb.
38 yaşlı referi ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb.
Qurum hadisədən xəbərdar olduqlarını vurğulayıb:
"Hakimin hərəkəti ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmir. O, səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib".
Qarşılaşma "İnter Mayami"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu Messi vurub. Cavab matçı fevralın 26-da Mayamidə baş tutuacaq.