Messidən Ronaldinyo açıqlaması FOTO
- 11 Apr 2020 14:43
- 715
"Barselona"nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı Ronaldinyonun həbsxanadan çıxması üçün 1.6 milyon dollar ödədiyi barədə yayılan iddialara münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabı vasitəsi ilə bu iddiaların yalan olduğunu vurğulayıb.
Qeyd edək ki, Ronaldinyo və qardaşı ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.
Xatırladaq ki, Messinin Ronaldinyonun həbsdə olduğu müddətdə vəkil tutduğu və onun üçün 4 milyon avro ödəməyə hazır olduğu iddia olunurdu.