Messidən transfer iddialarına cavab, Ronaldinyo ilə bağlı təkzib
- 10 Apr 2020 14:20
- 662
İspaniya nəhəngi “Barselona”nın argentinalı hücumçusu Lionel Messi İtaliyanın “İnter” klubuna transfer olunacağına dair xəbərlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, “İnstaqram” hesabında Milan klubuna keçəcəyi barədə bir xəbəri paylaşan ulduz futbolçu, “yalan xəbər” şərhini yazıb.
O, ölkəsinin “Newell's Old Boys” klubuna gedəcəyinə dair iddiaları da təkzib edərək, “çox şükür ki, bunlara kimsə inanmır” sözlərini qeyd edib.
32 yaşlı hücumçu braziliyalı sabiq futbolçu Ronaldinyonun ev həbsinə buraxılması üçün pul ödədiyinə dair xəbərlərin də həqiqəti əks etdirmədiyini bəyan edib.
Qeyd edək ki, son dövrlərdə Messinin “Barselona” rəhbərliyi ilə problemlər yaşadığı və bu üzdən də karyerasını başqa klublarda davam etdirmək istədiyinə dair xəbərlər yayılmaqdadı.