Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci titulunu qazanıb.

Rekord.az xəbər verir ki, bu, ABŞ-də təşkil olunan Amerika Kubokunun final matçında reallaşıb.

Argentina millisi həlledici görüşdə Kolumbiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan L.Messi zədə səbəbindən 66-cı dəqiqədə əvəzlənib.

Onun vaxtilə İspaniyanın "Barselona" klubunda birgə oynadığı komanda yoldaşı Dani Alveş isə dünyanın ən çox titul qazanan (43) ikinci futbolçusudur.

37 yaşlı forvard Amerika Kubokunda keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.