“Meydana çıxmaq üçün çox həyəcanlıyam” – “Şəki”nin basketbolçusu
- 12:30
- 34
"Şəki"nin basketbolçusu Terens Hanter-Vitfild klubun mətbuat xidmətinə müsahibə verib.
Rekord.az xəbər verir ki, ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının B qrupunda bu gün "Gəncə"yə qarşı keçirəcəkləri matça toxunub:
"Hər iki komandanın çox yaxşı oyunçuları və əla məşqçilər heyəti var. Bu baxımdan emosiyalarla zəngin, fiziki planda bir qarşılaşma olacaq. Amma biz qətiyyən narahat deyilik. Çünki komanda olaraq sərt və birliyimizlə nəyə qadir olduğumuzu bilirik. Bu görüşdə meydana çıxmaq üçün çox həyəcanlıyam".
Ötən ilin sonunda bölgə təmsilçisinə keçən Terens Hanter-Vitfild kollektivə çox yaxşı uyğunlaşdığını söyləyib:
"Uyğunlaşma prosesi yaxşı alındı. "Şəki"yə gəlməmişdən əvvəl komandanın oyunlarını canlı izləmişdim. Ona görə də kimin nəyə qadir olduğunu gözəl bilirdim. Komandanın oyun tərzi mənə çox uyğun gəlir".
Qeyd edək ki, bu gün keçiriləcək "Şəki" - "Gəncə" oyunu saat 14:00-da start götürəcək.