Ustad jurnalist Məzahir Süleymanzadənin vəfatından 40 gün ötür. Rekord.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bir qrup təmsilçisi həmkarımızın məzarını ziyarət edib.

AİJA prezidenti Eldar İsmayılov, idman jurnalistikamızın canlı əfsanəsi Aydın Əliyev, "Azərbaycan" qəzetinin idman şöbəsinin rəhbəri Rizvan Cəfərov, Məzahir Süleymanzadənin qardaşları - jurnalist Mahir Süleymanov və FİFA referisi Tahir Süleymanov görkəmli jurnalist haqda xatirələrini bölüşüblər.

Məzahir Süleymanzadə kimi istedadlı qələm sahibinin, dəyərli ziyalının yoxluğunu jurnalistikamız və cəmiyyətimiz hələ uzun müddət hiss edəcək.

Onun əziz xatirəsi Məzahir müəllimi tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!