“Milan” uruqvaylını qaytardı, belçikalı ilə gücləndi
- 01 Fev 2020 19:20
- 846
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası nəhəngi Belçikanın “Anderlext” klubundan Aleksis Salemakersi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya təmsilçisi 20 yaşlı xavbeki mövsümün sonunda satın almaq şərti ilə icarəyə götürüb.
Belçikalı yarımmüdafiəçi “Anderlext”in öz yetirməsidi. O, ölkəsinin U-21 yığmasının da formasını geyinir.
“Milan” “Cenoa”ya icarəyə verdiyi öz futbolçusu Dieqo Laksaltı da vaxtından öncə geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rikardo Rodriqesi PSV-yə göndərən, lakin İngiltərənin “Viqan” klubundan almaq istədiyi Entoni Robinsonun transferi baş tutmayan milanlılar çıxış yolunu 26 yaşlı uruqvaylı futbolçunu geri qaytarmaqda görüblər.