“Milan"a yeni baş məşqçi təyin edilib.

 

Rekord.az xəbər verir ki bu haqda klubun saytı məlumat yayıb.

 

Öncədən elan olunduğu kimi,  bu vəzifə 53 yaşlı Stefano Pioliyə tapşırılıb. Onunla bu gün 2 illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcının illik qazancı 1 milyon avro olacaq.

 

Qeyd edək ki, Pioli daha öncə "İnter", "Latsio" və "Fiorentina"da da işləyib. O, bu vəzifədə Marko Campaolonu əvəz edib.