"Milan" yeni transfer gerçəkləşdirib.


Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.


İtaliya təmsilçisi ABŞ-ın U-16 yığmasının və "Nyu York Red Bullz"un müdafiəçisi Ostin Mbaeni transfer edib. 


Qeyd olunur ki, 16 yaşlı futbolçu "Milan"a azad agent kimi keçsə də, İtaliya təmsilçisi FİFA qaydalarına uyğun olaraq onun tərbiyəsi üçün Amerika klubuna pul ödəyəcək.


Mbayenin 18 yaşında deyil, 16 yaşında Avropaya getməsinə imkan verən alman pasportu olduğu qeyd edilir. O, 2025-ci il iyulun 1-də "Milan Futuro" layihəsinə qoşulacaq.


Gənc mərkəz müdafiəçisinin "Milan"da ilk olaraq U-17 gənclər komandasında çıxış edəcəyi gözlənilir.