İtaliyanın "Milan" klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.


Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının 18-ci turunun oyunundan sonra açıqlamasında bildirib.


Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib: "Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim".


Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjio Konseysao əvəzləyəcək.


Komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb.


Fonseka bu ilin iyunundan "Milan"da işləyirdi.