İtaliyanın “Milan” klubu 2018/19 mövsümünün maliyyə hesabatını açıqlayıb.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi ötən mövsüm rekord həddə – 145,9 milyon avro ziyan edib. Bu, 2017/18 mövsümünə nisbətən 20 milyon avro çoxdu.

“Milan”ın ötən mövsümdə ümumi dövriyyəsi cəmi 5,1 faiz artıb. Ancaq sponsor gəlirləri və oyunlara bilet satışı azalıb.

“Milan” bu mövsüm A Seriyasında 9 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.