“Milan”dan Premyer Liqa klubuna
- 14 Yan 2020 12:24
- 826
Mövsümün ilk yarısını “Qarabağ”da keçirən, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan Asmir Beqoviçi heyətinə qatan “Milan” öz qapıçısı Pepe Reyna ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, 37 yaşlı qapıçı İngiltərə təmsilçisi “Aston Villa”ya keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. “Milan” Reynanı mövsümün sonuna kimi icarəyə verib.
2005-2013-cü illər aralığında “Liverpul”un uğurları üçün çalışmış Pepe, “Milan”da 2018-ci ildən çıxış etsə də, əsas heyət üzvünə çevrilə bilməyib. 2010-cu ildə keçirilmiş dünya çempionatında İspaniya yığması ilə çempionluq sevinci yaşamış qolkiper, karyerası ərzində “Barselona”, “Vilyarreal”, “Napoli” və “Bavariya”da da forma geyinib.