
“Milan”ın futbolçusu əməliyyat olundu
- 09 Apr 2025 20:40
- 71
İtaliyanın "Milan" klubunun futbolçusu Kayl Uoker əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun sağ dirsəyində sınıq aşkarlanıb. Əməliyyatın tam uğurla keçdiyi və 34 yaşlı müdafiəçinin dərhal reabilitasiyaya başlayacağı bildirilib.
Uoker cari mövsümdə "Milan"ın heyətində 12 oyun keçirib.