"Milan"ın futbolçusu Rafael Leao İtaliya təmsilçisinin sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının 9-cu turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.


Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl 6 mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.


"Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.