
"Milan"ın futbolçusu millinin düşərgəsində zədələndi
- 2023-03-27 15:47
- 198
"Milan"ın futbolçusu Rade Kruniç Bosnya və Hersoqovina millisinin düşərgəsində zədələnib.
Rekord.az xəbər verir ki, o, bu zədəni Slovakiya ilə Avro-2024-ün seçmə oyununa hazırlııq məşqində alıb.
Düzdür, həkimlər futbolçunun bu oyunda iştirak edə biləcəyini istisna etmir. Lakin futbolçu 90 dəqiqə oynamaq iqtidarında olmayacaq.